AlTafsir Translation
Al-Fâtihah
Mərhəmətli, rəhmli Allahın adı ilə!
[1:1]
Mərhəmətli, rəhmli Allahın adı ilə!

[1:2]
Həmd (şükür və tə'rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,

[1:3]
(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö'minlərə) rəhmli olana,

[1:4]
Haqq-Hesab (qiyamət) gününün sahibinə!

[1:5]
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

[1:6]
Bizi doğru (düz) yola yönəlt!

[1:7]
Ne'mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!